Pakistanda yerli mühəndis Tesla Cybertruck-un surətini hazırlayıb.
Qeyd edilir ki, avtomobil naməlum pikap əsasında hazırlanıb. Avtomobilin tikintisinə 3 milyon Pakistan rupisi (18260 manat) xərclənib. ABŞ-da orijinal Tesla Cybertruck -nin qiymətləri 70 min dollardan (119 min manat) başlayır.
Tesla Cybertruck-un Pakistan versiyası orijinalı ilə müqayisədə kiçikdir: daha qısa, çox aşağı və daha dardır. Avtomobildə hansı mühərrikin quraşdırıldığı barədə məlumat verilmir.













